MMA-nın (qarışıq döyüş sənətləri) ən yaxşı döyüşçülərindən biri olan Həmzət Çimayev, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vətəndaşlığını əldə edib.
32gun.az xəbər verir ki, bu barədə o, sosial şəbəkələrində məlumat verib.
"Bu gözəl ölkəni idmançı və vətəndaş olaraq təmsil etmək mənim üçün şərəf və imtiyazdır. BƏƏ-yə dəstəyinə görə təşəkkür edirəm. Əlimdən gələni edəcəyəm ki, ölkəm mənimlə qürurlansın," – deyə Çimayev bildirib.
26 oktyabr 2023-cü ildə, UFC 308 turnirində Abu Dabidə, Çimayev avstraliyalı Robert Vitikeri məğlub edərək 14-cü qələbəsini qazandı. Döyüş birinci raundda, Çimayev rəqibini ağrı tutuşu ilə təslim etməklə başa çatdı. Bu qələbə Çimayevin MMA-da qazandığı 14-cü qələbə oldu. Robert Vitikər isə 34 döyüşdə 8-ci məğlubiyyətini aldı.
Daha əvvəl, 21 oktyabr 2023-cü il tarixində, UFC 294 turnirində Çimayev, Kamaru Usmanı 3 raundlu döyüşdən sonra hakimin qərarı ilə məğlub edib.
Çimayevin qarışıq döyüşlərdəki ilk döyüşü 26 may 2018-ci ildə olub və döyüş ikinci raundun əvvəlində texniki nokautla başa çatıb.
Ayxan