Rusiyanın yüngül atletika çempionu Mark Tolstixin Moskva metrosunda saxlanılıb. O, bir neçə ildir federal axtarışda idi.
32gun.az bildirir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.
Məlumata görə, Tolstixin 4 fevralda "Tımiryazevskaya" metro stansiyasında sənəd yoxlaması zamanı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. O, 2024-cü ilin mayında Moskvaya gəlib.
İdmançı 2019-cu ildə də həbs olunmuşdu. O zaman Moskvada bir qadının iPhone telefonunu oğurladığı üçün məcburi iş cəzası almış, lakin qaçmağa müvəffəq olmuşdu. Bundan sonra Tolstixin federal axtarışa verilmişdi.
Tolstixin əvvəllər də cinayətlər törədib. 2017-ci ildə o, soyğunçuluq və külli miqdarda əmlak oğurluğu ittihamları ilə məhkum edilmişdi.
Smoensk vilayətindən olan idmançı yüngül atletika üzrə Rusiya çempionatlarının qalibi, həmçinin Avropa və dünya çempionatlarının iştirakçısı olub.
Ayxan