İDMAN ÖZ XƏBƏR

Polis xokkey matçında 10 yaşlı azarkeşi saxlayıb

Kazan "Ak Bars"ının azarkeşi olan 10 yaşlı oğlan, Kontinental Xokkey Liqasının (KHL) petersburq "SKA" komandası ilə oyunu zamanı kepkə atdığı üçün polis tərəfindən saxlanılıb.

32gun.az bildirir ki, hadisə barədə "Бизнес Online"  məlumat yayıb.

Mənbənin məlumatına görə, azarkeşlər Andrey Domarov və onun 10 yaşlı oğlu Roman, "Ak Bars"ın hücumçusu Artyom Qalimovun het-trik etdiyi zaman kepkəni buz üzərinə atıblar. Bu hadisədən sonra petersburq klubunun nümayəndələri Domarovları polis bölməsinə aparmağa çağırıblar. Oyun bitənə qədər proseduru təxirə salma tələbinə isə imtina edilib.

Onlar barəsində inzibati protokol tərtib edilib və Andrey və oğlu yalnız Moskva vaxtı ilə saat 23:00-da buz arenadan çıxa biliblər.

4 fevralda, "SKA Arena"da keçirilən matçda "Ak Bars" 8:3 hesabı ilə qalib gəlib. "SKA" ilk dövrədə altı qol buraxıb.

Nilay 

Oxşar Xəbərlər