İDMAN ÖZ XƏBƏR

Türkmən xokkeyçiləri Honq-Konqlu rəqiblərinə hücum ediblər

Turkmənistanlı hokkeyçilər Hong Konq oyunçularına hücum ediblər

Turkmənistanın hokkey yığmasının oyunçuları Qış Asiya Oyunlarında Hong Konq komandası ilə matçdan sonra rəqiblərinə hücum ediblər.

32gun.az xəbər verir ki, bu barədə Hong Konq Olimpiya Komitəsi (SF&OC) məlumat yayıb.

Fevralın 9-da Hong Konq millisi Turkmənistan üzərində 5:1 hesablı qələbə qazanaraq qrup lideri olub. Oyundan sonra əl sıxma mərasimi zamanı Turkmənistanın oyunçuları – Erkin Kakabayev, Arslan Geldimıradov və Begenç Dövletmıradov rəqiblərinə hücum ediblər. Hakimlər müdaxilə edərək davanı dayandırıb.

Qayda pozuntusuna görə hücumu başladan oyunçulara "5+20" cəriməsi verilib. Hong Konq millisinin ciddi xəsarət alan oyunçusu olmasa da, iki nəfər xəstəxanada müayinə olunub.

SF&OC baş verən hadisə ilə bağlı təşkilatçılara rəsmi şikayət göndərib və intizam tədbirləri görməyi tələb edib.

Qış Asiya Oyunları 7-14 fevral tarixlərində Çinin Harbin şəhərində keçirilir.

Ayxan 

Oxşar Xəbərlər