DİGƏR ÖZ XƏBƏR

Hərəkət bulanıqlığını aradan qaldıran beyin bölgəsi tapıldı

Alimlər beynin görüntünü sabit saxlamağa kömək edən hissəsini aşkar ediblər

Avstriya Elm və Texnologiya İnstitutunun alimləri müəyyən ediblər ki, beyindəki ventral lateral genikulyar cisim (vLGN) heyvanlar və insanların hərəkət zamanı ətrafı sabit şəkildə görməsinə kömək edir.

32gun.az bildirir ki, raşdırmanın nəticələri Nature Neuroscience jurnalında dərc olunub.

Mütəxəssislərin sözlərinə görə, onurğalıların, o cümlədən insanların görmə sistemi hərəkətdən yaranan vizual təhrifləri yüksək dəqiqliklə düzəldir. Müasir videokameralar belə insan gözünün dinamik görüntü ötürmə qabiliyyəti ilə rəqabət apara bilmir. Bunun səbəbini anlamaq üçün alimlər siçan beynini tədqiq ediblər.

Məlum olub ki, vLGN beynin daxilində yüksək texnologiyalı görüntü optimizasiyası funksiyasını yerinə yetirir. O, talamusun lateral hissəsində, beynin mərkəzində yerləşir və müxtəlif motor və sensor siqnalları birləşdirərək ümumi korrektəedici siqnal yaradır.

Tədqiqatçılar vLGN-in fəaliyyətini "Formula 1" yarışları zamanı yüksək keyfiyyətli video istehsalı ilə müqayisə ediblər.

"Maşınlar çox sürətlə hərəkət etdiyindən, ekspozisiya vaxtı qısaldılır ki, son kadrlar bulanıq olmasın. Beləliklə, görüntü əlavə emal olmadan birbaşa yayımlana bilər. vLGN də eyni şəkildə çalışaraq insanın hərəkətlərini ətraf mühitin hərəkətindən ayırmağa kömək edir", – deyə Avstriya Elm və Texnologiya İnstitutundan professor Maksimilian Yöş izah edib.

Nilay

Oxşar Xəbərlər