İDMAN ÖZ XƏBƏR

Təcavüzə görə cərimələnən futbol federasiyasının keçmiş prezidenti qərardan apellyasiya şikayəti verəcək

İspaniya Futbol Federasiyasının (RFEF) keçmiş prezidenti Luis Manuel Rubiales 2023-cü ilin avqustunda qadınlar arasında futbol üzrə dünya çempionatının qalibi olan İspaniyanın kubok mərasimi zamanı qadın futbolçu Cennifer Hermoso Fuentesin razılığı olmadan onun dodaqlarından öpdüyünə görə ona kəsilən cərimədən şikayət edəcəyini açıqlayıb.

32gun.az bildirir ki, İspaniyanın rəsmi xəbər agentliyi EFE-yə danışan Rubiales, mükafatlandırma mərasimində futbolçu Hermosonun razılığı olmadan dodaqlarından öpülməsi ilə bağlı işdə bu gün Milli Məhkəmənin ona kəsdiyi cəriməyə qarşı "yuxarı məhkəməyə etiraz edəcək və hüquqi mübarizəsini davam etdirəcəyini" açıqlayıb.

Madrid Milli Məhkəməsi, Hermosonun cinayət şikayəti əsasında fevralın 3-dən 12-dək baxılan iş üzrə bu gün qərar çıxarıb və Rubialesin "qadın futbolçunu onun razılığı olmadan öpdüyünə və bu hərəkətin cinsi məzmun daşıdığına" qərar verib və cərimə kəsib.

Prokurorluq Hermosoya qarşı "seksual qısnama" və "təzyiq" cinayətlərinə görə cəmi 2 il 6 ay həbs tələb etmişdi. Məhkəmə, RFEF-in keçmiş prezidenti Rubialesə yalnız cinsi təcavüzdə ittiham olunaraq gündə 20 avro cərimə ödəyərək, cəmi 18 ay həbs cəzası vermişdi.

İspaniyada və dünyada yaxından izlənilən və vasitəçilik edilən işin sonunda Rubiales, Hermosoya 3000 avro mənəvi təzminat ödəməklə yanaşı, təxminən 10 min 800 avro pul cəzasına çarpdırılıb, futbolçuya 200 metr yaxınlıqda gəlmək və onunla bir il müddətində əlaqə saxlamaq qadağan edilib. Məhkəmə elan etdi ki, Rubiales və digər müttəhimlər, Kişi Milli Futbol Komandasının keçmiş İdman Direktoru Albert Luque Martos, Qadınlardan ibarət Milli Komandanın keçmiş Texniki Direktoru Xorxe Vilda Rodriges və Futbol Federasiyasının keçmiş Marketinq Meneceri Ruben Rivera Teijido “insidenti ört-basdır etməmək üçün futbolçuya təzyiq göstərməkdə” ittiham olunurlar.

Məhkəmə zamanı şahid qismində 27 nəfər, o cümlədən hazırda RFEF-də çalışan Kişi Milli Futbol Komandasının texniki direktoru Luis de la Fuente, Qadınlardan ibarət Milli Futbol Komandasının direktoru Ana Alvares və mətbuat katibi Patrisiya Peres dinlənilib. Hermoso-nun İspaniya Qadın Futbolçular Assosiasiyası ilə birlikdə açdığı bu iddia İspaniyada “kişi-qadın münasibətləri və iş yerindəki maşizm” çərçivəsində ciddi sosial müzakirələrə səbəb olub.

2018-2023-cü illərdə RFEF-in prezidenti olan Rubiales, qadın futbolçu Hermoso ilə öpüşmə hadisəsindən sonra yaranan reaksiyadan sonra 2023-cü ilin sentyabrında vəzifəsindən istefa vermək məcburiyyətində qalıb. Luis Manuel Rubialeslə bağlı başqa bir istintaqda o, prezident olduğu müddətdə RFEF ilə bağlı bəzi müqavilələrdə tikinti şirkətindən 3,8 milyon avro almaqda və digər işlərdən ümumilikdə 530 min avro komissiya almaqda ittiham olunur.

Ayxan

Oxşar Xəbərlər