TFF prezidenti İbrahim Hacıosmanoğlu "Qalatasaray" - "Fənərbağça" derbisini idarə edəcək hakim Slavko Vinçiçin daha əvvəl təşkil edildiyi ilə bağlı iddialara cavab verib.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyasının ( TFF ) prezidenti İbrahim Hacıosmanoğlu "Qalatasaray" - "Fənərbaxça" derbisinə təyinat alan sloveniyalı referi Slavko Vinciçin əvvəlcədən razılaşdırıldığı ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini deyib.
Prezident Hacıosmanoğlu bir televiziya kanalında qatıldığı proqramda Super Liqanın 25-ci həftəsində 24 Fevral Bazar ertəsi günü oynanacaq derbi üçün etdikləri hakim təyinatı ilə bağlı açıqlamalar verib.
Əcnəbi hakim üçün "heç bir yerdən rəsmi müraciət gəlmədiyini" bildirən İbrahim Hacıosmanoğlu, "Sanki sloveniyalı hakim təyin olunduğu kimi gəlir. Mərkəzi Hakimlər Şurasının sədri bir həftə əvvəldən Avropadakı ölkələrlə yazışmalara başladı. İngiltərə, Hollandiya, Polşa, Rumıniya, Almaniya, Fransa var.
Hamısı ilə yazışmalar var. Bosniya və Herseqovina da var. Onların hamısı ilə əlaqə saxlanılıb. Nəhayət, Bosniya və Herseqovina və Sloveniyadan olan hakimlər var idi. Fənərbaxçanın hücumçusu (Edin Dzeko) bosniyalı olduğu üçün bosniyalı gəlsə, böyük problem olacağını düşündük. Bosniya və Herseqovina bizim qardaş ölkəmizdir. Ona görə də sloveniyalı hakimə müraciət etdik”-deyib.
Ayxan