Beynəlxalq Olimpiya Komitəsi (BOK) Tomas Baxın təşkilatın prezidenti vəzifəsindən istefasını qəbul edib.
32gun.az bildirir ki, bu barədə məlumat BOK-un rəsmi saytında yer alıb.
Qərar 2025-ci il iyunun 23-dən sonra qüvvəyə minəcək, səlahiyyətlər BOK-un martın 18-dən 21-dək keçiriləcək sessiyası çərçivəsində seçiləcək yeni rəhbərə veriləcək. Tədbir Afinada (Yunanıstan ) baş tutacaq.
Bax 2013-cü ildən tutduğu vəzifədən 2024-cü ilin avqustunda istefa verəcəyini açıqlayıb.
Bax ilk dəfə seçildikdən 34 il sonra təşkilatın üzvlüyündən ayrılacaq. 1991-ci ildə BOK-un üzvü seçilib və 1996-cı ildə təşkilatın icraiyyə komitəsinə daxil olub.
Ayxan