Peşəkar Futbol İntizam Şurası (PFDK) "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyoya 4 oyunluq cəza verib.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Qalatasaray"ın baş məşqçisi Okan Buruk da 1 oyunluq cəzalanıb.
"Fənərbağça”nın “Qaziantep”lə oyununda ehtiyatlı davranan Mourinyo “Antalyaspor”, “Samsunspor” və “Bodrumspor”la matçlarda cəzasını tamamlayacaq.
Okan Buruk "Qalatasaray"ın "Kasımpaşa" ilə matçında cəzalı olacaq. Dursun Özbekə 34 gün hüquqlarından məhrumetmə və 3 milyon TL pul cəzası verilib.
"Fənərbağça"ya səfər tribunalarında baş verən insidentlərə görə 2 səfər matçını tamaşaçısız keçirmək cəzası verilib.
Ayxan