DÜNYA ÖZ XƏBƏR

Tanınmış avtoblogerə hökm oxundu - Həbs olundu

Əhməd Venqalbi kimi tanınan avtobloqer Əhməd Əliaşabov iki ay müddətinə istintaq təcridxanasına göndərilib. 

32gun.az bildirir ki, bu barədə Moskvanın ümumi yurisdiksiya məhkəmələri öz Telegram kanallarında məlumat veriblər. 

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs DYP-nin xidməti avtomobilinin salonunda olarkən sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyinə görə inzibati xəta haqqında protokol tərtib etmədiyi üçün yol polisi əməkdaşına rüşvət verməyə cəhd edib. Yol polisi müfəttişi pulu almaqdan imtina edib və qanunsuz hərəkətləri dayandırıb”, – deyə qeyd edilib. 

Nəticədə Venqalbi iki ay müddətinə istintaq təcridxanasına salınıb.

Bundan əvvəl Venqalbinin Moskvanın Kutuzovski prospektində saxlandığı məlum olub . Hadisə şahidinin sözlərinə görə, "Lada" markalı avtomobili idarə edən Venqalbi tuneldə maneəyə çırpılıb. Yol polisinə verilən rüşvət 100 min rubl olub.

Ayxan 

Oxşar Xəbərlər