Amerikalı turist Taylandda reaktiv xizək sürərkən itkin düşüb.
32gun.az bildirir ki, bu barədə New York Post məlumat yayıb.
Cümə axşamı, fevralın 27-də Nyu Yorklu 37 yaşlı tibb bacısı Nina Ng Phuketdə reaktiv ski icarəyə götürüb və onunla dənizə çıxıb, lakin geri qayıtmayıb. Şahidlərdən biri onun xilasedici jiletini çıxardıqdan sonra suya tullandığını görüb.
Əvvəlcə qadının dostları onu axtarsalar da, nəticə verməyiblər, sonra polisə müraciət ediblər. İcarəyə verən operator jet skini və qadının bütün əşyalarını, o cümlədən telefonu, kredit kartı və pulunu tapdığını söyləyib.
Hazırda dalğıclar və könüllü xilasedicilər turistin sonuncu dəfə göründüyü Patonq çimərliyi ərazisində axtarış aparır.
Ayxan