DÜNYA ÖZ XƏBƏR

Dəhşətli qəza! Aşan yanacaq dolu yük maşını alovlandı - sürücü yaralandı

Mardində yük maşını idarəetmədən çıxaraq yanıb. 

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza axşam saatlarında Kızıltəpə rayonu Eymirli məhəlləsində baş verib. Hərəkətdə olarkən yanacaqla dolu yük maşını idarəetmədən çıxaraq orta dirəyə çırpılıb. Zərbənin təsirindən yük maşını aşıb və yanıb.

Yük maşınının sürücüsü yaralanıb. Xəbərdarlıq üzərinə hadisə yerinə sağlamlıq, xilasetmə və jandarma qrupları sövq edildi. İlkin tibbi yardımdan sonra xəsarət alan sürücü müalicə olunmaq üçün Kızıltepe Dövlət Xəstəxanasına aparılıb.

Yanğın yanğınsöndürənlərin köməkliyi ilə nəzarətə götürülüb və söndürülüb. Yaralı sürücünün sağlamlıq durumunun yaxşı olduğu öyrənilərkən, qəza ilə bağlı araşdırma başladılıb.

Nilay 

****

-->  

 

Oxşar Xəbərlər