DÜNYA ÖZ XƏBƏR

20 yaşlı xanım təmizlədiyi tapançanın açılması ilə çənəsindən yaralanıb

Bursa da 20 yaşlı gənc təmizlədiyi tapançanın əlində açılması nəticəsində yaralanıb.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə saat Yıldırım rayonu, Arabayatağı məhəlləsində baş verib.

Feyza Naz A.-nın təmizlədiyi tapança əlində açılıb. Bu zamanı çənəsinin altından vurulduğu iddia edilir. İnsanların atəş səsləri eşidəndən sonra hadisə yerinə polis və tibb qrupları sövq edilib.

Çənəsi parçalanan Feyza Naz hadisə yerində olan həkim briqadasının ilk müdaxiləsindən sonra təcili yardım maşını ilə Yüksək İhtisas Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Nilay

Oxşar Xəbərlər