Nevşehirdə avtomobillə hərəkətdə olarkən yanğın baş verib. Yolda patrul xidməti həyata keçirən polis qrupları avtomobildən tüstü çıxdığını görəndə sürücüyə xəbərdarlıq edərək maşını saxlatdırıblar.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Ürgüp- Nevşehir yolunun üzərindəki Həbsxananın girişi yaxınlığında baş verib.
Mehmet G.-nin idarə etdiyi 50 FE 623 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən qəfil alışıb. Güclü çovğun səbəbindən sürücü tüstünü hiss edə bilməyib. Yolda patrul xidməti aparan polis qrupları avtomobilin yandığını görəndə sürücüyə xəbərdarlıq edərək maşını saxlamağa məcbur ediblər.
Polislərin məlumatı ilə hadisə yerinə xilasetmə qrupları sövq edilib. Ürgüp Nevşehir şosesi bir müddət nəqliyyata bağlanıb və yanğını söndürmək üçün yanğınsöndürənlər müdaxilə edib. Daha sonra yanan avtomobil yedəyə alaraq yolun kənarındakı təhlükəsiz əraziyə aparılıb və yol hərəkət üçün açılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Nilay