Kocaelidə atasının avtomobilini qaçıran 15 yaşlı uşaq dayanacaqda olan 4 avtomobilə çırpılıb.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 5 avtomobilin ciddi zədələndiyi hadisədə yaralanan uşaq xəstəxanaya aparılıb.
Hadisə Körfez rayonu, Çamlıtəpə məhəlləsində, Yunus Əmrə küçəsində yerləşən Körfez hovuzunun qarşısında baş verib. İddialara görə, 15 yaşlı oğlan icazəsiz atasının avtomobilini alaraq məhəllə ətrafında gəzməyə başlayıb.
Yunus Əmrə küçəsinin çıxışında sürətlə irəliləyən avtomobil sükanın idarəetməsini itirərək dayanmadan əvvəl park edilmiş 3 avtomobil və yük maşınına çırpılıb. Qəzanın ardından xəbər verərək hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib. Az sonra hadisə yerinə gələn tibb qrupları yaralı uşağa ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparıblar. Magistral yol işçiləri yola dağılmış yanacaq və yağı təmizləyərək bağlanan nəqliyyatın hərəkətini bərpa ediblər.
Qəzada 5 avtomobilə ciddi ziyan dəyib.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Nilay