ABŞ hakimiyyəti Çindən gələn mallara idxal rüsumlarını 104%-ə qaldırıb.
32gun.az bildirir u barədə aprelin 8-də “Fox Business”in jurnalisti Edvard Lourens Ağ Evə istinadən məlumat verib.
O, X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb: "104% əlavə tariflər günorta ET-də qüvvəyə minib... onlar aprelin 9-da yığılmağa başlayacaq".
Qeyd olunur ki, tariflər Çinin cavab tədbirlərini ləğv etmədiyi üçün tətbiq edilib.
Aprelin 2-də ABŞ Prezidenti Donald Tramp genişmiqyaslı ticarət tədbirləri elan etdi: ABŞ-a göndərilən bütün məhsullara 10% baza tarifləri tətbiq ediləcək. Aİ üçün bu rəqəm 20%-ə, Çin üçün isə 34%-ə qədər artırılıb. Çin aprelin 4-də ABŞ-a 34% rüsum tətbiq edib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian aprelin 7-də deyib ki, ABŞ-ın tariflərdən sui-istifadə etməsi təkcə digər ölkələrə deyil, həm də Vaşinqtonun özünə zərər vuran iqtisadi zorakılıqdır . Həmin gün Tramp Çinin Amerika tariflərinə cavab tədbirlərindən əl çəkməyəcəyi təqdirdə, aprelin 9-dan etibarən Çindən gələn mallara 50% əlavə rüsumlar tətbiq edəcəyi ilə hədələyib.
Ayxan