"Yamal" aviaşirkətinin Yeni Urenqoydan Moskva Domodedovo hava limanına uçuş həyata keçirən A-320 təyyarəsinin heyəti yaşıl rəngli kürə müşahidə etdikləri barədə məlumat verib.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə aprelin 15-də Şeremetyevo hava limanı rayonunda baş verib. Təyyarənin kapitanının sözlərinə görə, min fut (təxminən 300 metr) yüksəklikdə təyyarə heyəti yaşıl rəngli kürə şəklində işıqlı bir obyekt görüb. O, laynerdən 300 metr yuxarıda yerləşib.
Bu barədə "Aviahadisə" Telegram kanalı məlumat yayıb.
Heyət marşrut üzrə uçuşu davam etdirmək qərarına gəlib. Eyni zamanda, göstərilən vaxt intervalında bu zonada uçuşlar üçün heç bir icazə verilməyib.
Müvafiq xidmətlərə məlumat verilib. Hazırda yoxlama aparılır.
Nilay