DÜNYA ÖZ XƏBƏR

Polisə "məni xilas edin" deyə mesaj atan 17 yaşlı qız həbs edildi

Adanada gənc qız sevgilisini öldürməkdə ittiham olunaraq həbs edilib

Adananın Çukurova mahalında 24 yaşlı Mehmet Ayaz bıçaqlanaraq öldürülüb.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerində yaralı tapılan 17 yaşlı sevgilisi N.C. xəstəxanadan çıxdıqdan sonra "qəsdən adam öldürmə" ittihamı ilə həbs olunub.

Hadisə Kabasakal qəbiristanlığı yaxınlığında baş verib. İddialara görə, N.C. ayrılmaq istədiyini deyib, mübahisə yaranıb və N.C. dostuna "Mehmet məni döyür" mesajı göndərib. Cütlük bıçaqlanmış halda tapılıb. Ayaz ölüb, N.C. isə sağ qalıb.

İlkin ifadəsində Ayazın onu bıçaqladığını deyən N.C., sonradan özünü təqsirsiz elan edib. Lakin savcılıq dəlillər əsasında onu məhkəməyə verib və N.C. həbs olunub. Detallı otopsi nəticəsi gözlənilir.

Nilay 

Oxşar Xəbərlər