MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Barın qarşısında döyülən aktorun vəziyyəti pisləşib: Çəkilişlərdən imtina edib

Rusiyalı aktyor Ruslan Aldonin döyülmə hadisəsindən sonra səhhətinin hələ də ağır olduğunu bildirib.

32gun.az xəbər verir ki, o bu barədə o, mk.ru saytına danışıb.

Aktorun sözlərinə görə, bu gün səhhəti yenidən pisləşib və təcili tibbi yardım çağırmalı olub. O, yaxın günlərdə planlaşdırılmış kino və reklam çəkilişlərindən imtina etdiyini açıqlayıb. Aldoninin səhhəti və zahiri görünüşü ona çəkilişlərdə iştirak etməyə imkan vermir.

“Psixoloji baxımdan da çox ağırdır. Mən sevdiyim şəhərə gəlmişdim ki, özümü göstərim, həyat qurum, bəlkə ümumi rifaha töhfə verim. Amma gördüyüm münasibət bu oldu”, – deyə aktyor bildirib.

Aktor onu döyən şəxslərin tapılması üçün əlindən gələni edəcəyini vurğulayıb.

Qeyd edək ki, 12 mayda Telegram-kanal SHOT aktyorun 9 may gecəsi Moskvada, bir barın yaxınlığında üç gənclə mübahisə etdiyini, bunun isə davaya çevrildiyini yazmışdı. Aldoninin sözlərinə görə, o, bir müddət həmin şəxslərdən qaçmalı olub. Davanın sonunda aktyor döyülüb və sənədləri olan çantası oğurlanıb.

Nilay 

Oxşar Xəbərlər