Tekirdağda oğlunu tüfənglə öldürən ata həbs olundu
Tekirdağın Kapaklı mahalında baş verən dəhşətli hadisə ilə bağlı yeni məlumat yayılıb.
32gun.az xəbər verir ki, Atatürk məhəlləsində oğlunu ov tüfəngi ilə öldürdüyü iddia edilən N.Ş. adlı şəxs polis tərəfindən saxlanılıb və hüquq-mühafizə orqanlarındakı istintaqdan sonra məhkəməyə çıxarılıb.
Məhkəmə qərarı ilə N.Ş. barəsində həbs-qətimkan tədbiri seçilib.
Hadisə dünən baş verib. İlkin məlumata görə, ata və oğul – N.Ş. və H.Ş. arasında evdə mübahisə yaranıb. Mübahisədən sonra evdən çıxan H.Ş.-yə atası evin balkonundan tüfənglə atəş açıb. Ağır yaralanan H.Ş. dərhal xəstəxanaya aparılsa da, həkimlərin müdaxiləsinə baxmayaraq, Çerkezköy Dövlət Xəstəxanasında həyatını itirib.
Hadisədən sonra ata N.Ş. polis tərəfindən saxlanılıb və aparılan araşdırmalardan sonra həbs edilib. Faktla bağlı istintaq davam edir.
Nilay