MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Castin Biberin köməkçisi müğənni Şon Kombs tərəfindən təcavüz edilməsinə cavab verdi

Castin Biberin nümayəndəsi: “O, Şon Kombs tərəfindən zorakılığa məruz qalmayıb”

Müğənni Castin Biberin köməkçisi ilk dəfə onun adından Şon Kombs (Diddy, P Diddy) tərəfindən zorakılığa məruz qalması ilə bağlı yayılan şayiələrə cavab verib.

32gun.az bildirir ki, bu barədə TMZ yazıb.

Məlumata görə, nümayəndə bu iddiaları təkzib edib.

“Castin Şon Kombs tərəfindən zərər görən şəxslərdən biri deyil. Lakin Kombsun əslində zərər verdiyi insanlar var. Diqqəti Castinə yönəltmək bu qurbanların haqlı olaraq layiq olduğu ədalətdən yayındırır,” – deyə Biberin nümayəndəsi bildirib.

Qeyd olunur ki, Biber və Diddy bir sıra televiziya proqramlarında birlikdə görünmüşdülər. Hətta Diddy 15 yaşlı Castinə öz maşını ilə gəzməyi vəd etmiş və mətbuata onunla əylənəcəyini bildirmişdi. Lakin insayderlər bildirirlər ki, bu görüntülər sadəcə nümayiş xarakterli olub, əslində Biber yalnız Diddyin oğulları ilə dostluq edib.

Xatırladaq ki, 17 sentyabr 2024-cü ildə prodüser və reper Kombs yüksək səviyyəli seks gecələri ilə tanınırdı və andlılar heyətinin ona qarşı irəli sürdüyü ittihamlar əsasında saxlanılmışdı. Əgər günahkar bilinərsə, o, ömürlük həbs cəzası və ya minimum 15 il azadlıqdan məhrum edilə bilər.

İttihamlar üç maddə üzrə irəli sürülüb: cinayətkar şəbəkə yaratmaq məqsədilə sui-qəsd, insan alveri və fahişəlik məqsədilə insanların daşınması.

2025-ci ilin mayında Kombs üzərində məhkəmə prosesi başlayıb. Məhkəmə dinləmələri zamanı məlum olub ki, P Diddy bir seks işçisinin gözü qarşısında sevgilisini döyüb.

Ayxan 

L

Oxşar Xəbərlər