Qazaxda yerləşən və "28 №-Lİ YOL İSTİSMARI” MMC-yə məxsus olduğu bildirilən asfalt zavodundan yayılan qara tüstü sosial şəbəkələrdə narahatlıq yaradıb.
32gun.az bildirir ki, bir neçə gün əvvəl paylaşılan fotoda zavoddan qalxan sıx və tünd tüstü aydın şəkildə əks olunub.
Sosial media istifadəçiləri atmosferin çirklənməsi ehtimalını gündəmə gətirərək tüstünün sağlamlığa mənfi təsir göstərə biləcəyindən narahat olduqlarını bildiriblər. Onlar məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparmasını tələb edirlər.
Hadisə ilə bağlı hələlik rəsmi qurumlardan hər hansı açıqlama verilməyib.
Sosial şəbəkədə yazılanlardan belə aydın olur ki, İctimaiyyət məsələnin nəzarətə götürülməsini və ətraf mühitə vurulan mümkün zərərin qiymətləndirilməsini tələb edir.
Ayxan