Nikol Kidman Allure jurnalının üz qabığına çıxıb
Hollivud ulduzu Nikol Kidman Allure jurnalının yeni buraxılışının üz siması olub.
32gun.az bildirir ki, Jurnala aid foto Instagram platformasında yayımlanıb.
57 yaşlı aktrisa fotosessiya üçün qara bandaj-top və şalvar geyinib, obrazını isə qırmızı parik və axşam makiyajı tamamlayıb. O, həmçinin kamera qarşısında tünd çəhrayı mini-don, krujevalı kombinezon və topla legins dəstində pozlar verib.
18 mayda Nikol Kidman Kann şəhərində keçirilən “Kering Women in Motion” şam yeməyində iştirak edib. O, tədbirə şəffaf krujevalı, bədənə kip oturan qırmızı maksi-donda və dikdaban ayaqqabılarda qatılıb. Aktrisanın obrazı qızılı qol saatı və üzük ilə tamamlanıb, ona klassik saç düzümü və qara tuşlu göz makiyajı ilə çəhrayı dodaq boyası tətbiq olunub.
5 mayda isə Met Gala balında çıxış edən sənətçi ekstremal dərəcədə qısa saç düzümünü nümayiş etdirib. Stilist Adir Abergelin əlavəsi ilə saçlarına tünd tonlar qatılıb. Nikol Kidman tədbirdə Balenciaga brendinə məxsus vintaj üslubda, bantlarla bəzədilmiş qara büstqalter-formalı libas, tor kolqotkalar, dikdaban ayaqqabılar və iri parlaq sırğalarla iştirak edib.
Nilay