Başqırdıstan Respublikasının sabiq səhiyyə nazirinin müavini İrina Kononova barəsində başlanan cinayət işinin istintaqı yekunlaşıb. O, səhlənkarlıqda və məhkəmə qərarlarını icra etməməkdə ittiham olunur.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, İstintaqın məlumatına görə, Kononova ölümcül xəstə uşağı və iki əlili həyati vacib tibbi məhsullarla təmin etməyib. Bu tələbatı həm həkim komissiyalarının rəyəri, həm də məhkəmə qərarları təsdiqləyib.
Kononova özünü təqsirli bilmədiyini desə də, istintaq onun vəzifə öhdəliklərini yerinə yetirmədiyini müəyyən edib. Araşdırmalara əsasən, məhz o, ehtiyacı olan şəxslərin dövlət hesabına tibbi təminatı ilə bağlı qərarlar verməli idi. Həmçinin Başqırdıstan Səhiyyə Nazirliyinin bunun üçün maliyyə vəsaiti olduğu bildirilib.
Cinayət işi başlanandan sonra Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin zərərçəkənləri şəxsən qəbul edib və iş regiondan mərkəzi aparata ötürülüb.
Hazırda ittiham aktı təsdiqlənmiş cinayət işi məhkəməyə göndərilib. Bu barədə Rusiya İstintaq Komitəsinin Telegram kanalında məlumat verilib.
Ayxan