Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsi 11.530 manat dəyərində mebel və inventar alışı həyata keçirib.
32gun.az-ın əldə etdiyi məlumata görə, Satınalma üzrə rəsmi sənədlərdə bildirilib ki, alınan əşyalar arasında 5 ədəd şöbə müdir kreslosu, diyircəkli kreslo, 3 ədəd kondisioner (split tipli), çilçıraq (lüstur), jalüz, printer altlığı və 4 ədəd pəncərə üçün qarmoşka tipli tor (setka) yer alır.
Satınalma Sahib Etibar oğlu Qafarovla bağlı aparılıb.
Hazırda quruma Elnur Abbas oğlu İbrahimov rəhbərlik edir. O, 2023-cü ilin may ayında bu vəzifəyə təyin olunub. Qeyd edək ki, ümumrespublika səviyyəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinə Zaur Əliyev rəhbərlik edir.
Ayxan