SOSIAL ÖZ XƏBƏR

Xətai rayonunda 4 ağac birdən kəsilib – Digərləri qurudulub  + VİDEO

Bakının Xətai rayonunda ağacların kəsilməsi ilə bağlı ekoloji narahatlıq doğuran hadisə baş verib.

32gun.az-ın əməkdaşı hadisə yerindən görüntülər lentə alıb.

Məlumata görə, ərazidə 4 ağac kəsilərək məhv edilib, bir neçə ağac isə qurudulub. Yerli sakinlər ərazidə yaxın zamanlarda yeni tikililərin inşa ediləcəyini bildirirlər.

Qeyd edək ki, son illər ölkədə genişmiqyaslı yaşıllaşdırma kampaniyaları həyata keçirilsə də, ağacların qanunsuz şəkildə məhv edilməsi halları da artmaqda davam edir. Dövlət başçısı cənab İlham Əliyev və Heydər Əliyev Fondu tərəfindən mütəmadi olaraq ağacəkmə aksiyaları təşkil olunur. Prezident bu sahədə dəfələrlə xüsusi tapşırıqlar versə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu kimi hadisələrə yetərincə reaksiya verməməsi cəmiyyətdə narahatlıq doğurur.

32gun.az xatırladır ki, ölkə başçısı İlham Əliyev dəfələrlə ağacəkmə tədbirlərində şəxsən iştirak edib və yaşıllığın artırılması ilə bağlı çağırışlar səsləndirib. Lakin müşahidələr göstərir ki, bəzi qurumlar bu çağırışlara zidd davranır.

Həmin görüntüləri təqdim edirik:

Nilay 
 

.

.

.

.

.

.

.

Oxşar Xəbərlər