"NOBEL FARMA" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə olan vergi borcu üzə çıxıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, şirkətin vergi borcu 308.010,97 manat təşkil edir.
Nizamnamə kapitalı 750.000 manat olan MMC-nin qanuni təmsilçisi Emrah Mansuroğludur.
Hazırda borcun hansı dövrə aid olduğu və ya aidiyyəti qurumlar tərəfindən hər hansı hüquqi tədbirin görülüb-görülmədiyi barədə əlavə məlumat açıqlanmayıb.
Şirkətin rəsmi saytında bildirilir ki, 1964-cü ildə Türkiyədə təsis edilən Nobel, hazırda 50-dən çox ölkəyə dərman ixrac edən beynəlxalq əczaçılıq şirkətidir. Şirkət 20 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərir və yaxın gələcəkdə ölkəmizdə dərman istehsalını genişləndirməyi planlaşdırır.
Nilay