SOSIAL ÖZ XƏBƏR

Gürcüstandan Türkiyə və Azərbaycan vətəndaşları da daxil olmaqla 31 əcnəbi deportasiya edildi

Son günlərdə Gürcüstan 31 xarici vətəndaşı – o cümlədən İran, Türkiyə və Azərbaycan vətəndaşlarını ölkədən çıxarıb. 2025-ci ilin ilk rübündə sərhəddən çıxarılanların sayında ciddi artım qeydə alınıb. 

32gun.az xəbər verir ki, bu dövrdə ümumilikdə 2.019 nəfər ölkədən çıxarılıb. Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 305 faiz artım deməkdir.

2025-ci ilin ilk üç ayında yalnız 4 Azərbaycan vətəndaşı Gürcüstandan çıxarılsa da, 2024-cü ildə bu göstərici 71 nəfər olub və azərbaycanlılar sərhəddən çıxarılanlar arasında ilk sırada yer alıblar.

Digər tərəfdən, Gürcüstandakı insan hüquqları müdafiəçiləri bu prosesdən narahat olduqlarını bildirirlər. Xüsusilə, jurnalist Əfqan Sadıqovun durumu bu narahatlıqlar içində xüsusi yer tutur.

Ayaz 

Oxşar Xəbərlər