SOSIAL ÖZ XƏBƏR

Elxan İbrahimovun rəhbər olduğu icra hakimiyyətinin nümayəndəsi 444 min manatlıq yol təmiri işləri gördürür

Kürdəmir Rayon İcra Hakimiyyətinin Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən şəhərdaxili yolların əsaslı təmiri planlaşdırılır. Təmir işləri P.Qəribov, S.Mehmandarov, Q.NəbiAşıq Şakir küçələrini əhatə edəcək.

32gun.az-ın məlumatına görə, layihənin ehtimal olunan dəyəri 444.425,76 manat təşkil edir.

Qeyd edək ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, şəhər üzrə nümayəndə isə Abışov Rauf Səfər oğludur.

Ayaz

Oxşar Xəbərlər