“Prestige Dental Clinica” MMC-yə 1000 manat maliyyə sanksiyası tətbiq edilib
“Prestige Dental Clinica” Məhdud Məsuliyyətli Cəmiyyətinə Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.
32gun.az xəbər verir ki, bu barədə Operativ vergi nəzarəti çərçivəsində tərtib edilmiş akta əsasən qərar verilib.
Şirkətin qanuni təmsilçisi Həbib Müzəffərov Ruslan oğludur. “Prestige Dental Clinica” MMC-nin nizamnamə kapitalı 50 manat təşkil edir.
Ayaz