“Mega Market və Topdan” Məhdud Məsuliyyətli Cəmiyyətinə iki ayrı vergi pozuntusuna görə ümumilikdə 5000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
32gun.az-ın məlumatına görə, Operativ vergi nəzarəti çərçivəsində tərtib olunmuş aktlara əsasən, şirkətə fiziki şəxslərlə əmək müqavilələrinin hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə görə 4000 manat, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə isə 1000 manat maliyyə sanksiyası tətbiq olunub.
“Mega Market və Topdan” MMC-nin nizamnamə kapitalı 10.000 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Fikrət Səlimov Zöhrab oğludur.
Ayaz