"ROYAL CROVVN HOTEL MANAGMENT" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı aparılan operativ vergi nəzarəti tədbirləri nəticəsində ümumilikdə 2.000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.
32gun.az-ın məlumatına görə, Vergi orqanları tərəfindən tərtib olunmuş AKT-lara əsasən, şirkətə iki ayrı pozuntuya görə cərimə kəsilib. Belə ki, POS-terminalların quraşdırılması və nağdsız ödənişlərin qəbulundan imtina hallarına dair yoxlama nəticəsində 1.000 manat, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə isə əlavə 1.000 manat maliyyə sanksiyası tətbiq olunub.
şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Pakistan Respublikasının vətəndaşı Sindhu Nauman Sami-dir.
Mətbuatda gedən yazılara görə, "Royal Crown HOTEL", müxtəlif mehmanxanaları və bütün mehmanxanaların idarə edilməsini təqdim edən aparıcı Otel idarəetmə şirkətidir və Dubayda yerləşir.
Ayaz