“E.T.L. COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində operativ vergi nəzarəti tədbirləri nəticəsində ümumilikdə 149 min 365 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
32gun.az-ın məlumatına görə, Pul vəsaitlərinin uçotdan gizlədilməsi və ya ümumiyyətlə uçota alınmaması, eləcə də malların Vergi Məcəlləsinə uyğun olaraq qaimə-faktura, elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında rəsmiləşdirilməməsi faktları üzrə tərtib edilmiş AKT-lara əsasən şirkətə aşağıdakı məbləğlərdə maliyyə cərimələri kəsilib - 1313.50 manat, 147 458.31 manat ,593.50 manat dəyərində.
32gun.az-ın əldə etdiyi məlumata görə, “E.T.L. COMPANY” MMC-nin dövlət büdcəsinə 566 530.03 manat məbləğində vergi borcu da qeydə alınıb.
Qanuni təmsilçisi Elbrus Şirinov Səlim oğlu olan şirkətin nizamnamə kapitalı cəmi 40 manat təşkil edir.
Ayaz