HADİSƏ ÖZ XƏBƏR

Qəbələdə yol-nəqliyyat hadisəsi baş verib

Qəbələ rayonunda hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yoldan çıxıb və "KamAZ" yük maşını ilə toqquşub.

32gun.az-a hadisə şahidlərinin bildirdiyinə görə, qəza zamanı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü İsgəndərov Aqşin müxtəlif xəsarətlər alıb.  

Faktla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır.

Hadisə yerinə polis və səhiyyə əməkdaşları sövq edilib. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Ayaz

Oxşar Xəbərlər