
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Xankəndi şəhərində mövcud “Xankəndi Şəhər” yarımstansiyasının əvəzinə yeni yarımstansiyanın tikintisi və 35 kV-luq iki dövrəli kabel xəttinin çəkilməsini planlaşdırır. Layihə “Yarımstansiya №2” adı ilə icra olunacaq.
32gun.az-ın əldə etdiyi məlumata görə, bu məqsədlə keçirilmiş tenderin qalibi "HARMONY INDUSTRIAL CONSTRUCTION AND ENGINEERING GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tərəflər arasında 5.439.105,24 manat məbləğində müqavilə bağlanacağı gözlənilir.
32gun.az-ın əldə etdiyi digər vacib məlumat görə, şirkətə Operativ vergi nəzarəti çərçivəsində – idxal olunmuş malların saxlanıldığı yerə baxış zamanı tərtib edilmiş AKT əsasında 8.853,60 manat maliyyə sanksiyası tətbiq edilib.
Məlumat üçün bildirək ki, “HARMONY INDUSTRIAL CONSTRUCTION AND ENGINEERING GROUP” MMC bundan öncə də "Azərişıq" ASC-nin bir neçə iri məbləğli layihələrinin qalibi olub:
3.960.539,67 AZN – Xocavənd rayonu ərazisində yeni 35 kV-luq yarımstansiyanın tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işləri
5.359.446,29 AZN – Cəbrayıl rayonu Soltanlı, Sarıcallı, Maşanlı, Böyük Mərcanlı və Karxunlu kəndlərinin elektrik təchizatının təmin edilməsi üçün 35 kV-luq yeni iki dövrəli ÖİN (SİP-3) xəttinin çəkilişi
MMC-nin nizamnamə kapitalı 165.010 manat, qanuni təmsilçisi isə Əlövsət Orucov Bilal oğludur.
“Azərişıq” ASC-yə isə Vüqar Əhmədov rəhbərlik edir.
Ayaz