Halal dondurulmuş qida istehsalı ilə məşğul olan "HOME FOOD ONLINE" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı operativ vergi nəzarəti zamanı pozuntu aşkar edilib.
32gun.az xəbər verir ki, Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması faktı üzrə tərtib edilmiş AKT-a əsasən, şirkətə 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.
Şirkətin nizamnamə kapitalı: 10 manat
Qanuni təmsilçisi: Ramin Əzizov Rasim oğlu
Qeyd edək ki, vergi nəzarəti tədbirləri istehlakçılarla düzgün hesablaşmaların aparılmasını və vergitutma bazasının şəffaflığını təmin etməyə yönəlib.
Ayaz