EKONOMİKS ÖZ XƏBƏR

Neftçala Suvarma Sistemləri İdarəsi  ehtiyat hissələri alacaq - 139 min manata 

Neftçala Suvarma Sistemləri İdarəsi istehsalat nəqliyyat vasitələri — ekskovator, buldozer və digər texnikaların, eləcə də avtomobil nəqliyyat vasitələrinin cari təmiri üçün ehtiyat hissələrinin satın alınması üzrə tender elan edib.

32gun.az xəbər verir ki,  ehtimal olunan qiymət 138.956,00 AZN-dir.

Bu satınalma idarənin texniki vasitələrinin fasiləsiz və səmərəli işləməsini təmin etmək, istehsalat proseslərinin dayanıqlığını qorumaq məqsədi daşıyır.

Ayaz 

Oxşar Xəbərlər