Məşhur portuqaliyalı futbolçu Kriştianu Ronaldu sevgilisi Corcina Rodriqesə evlilik təklifi edib.
32gun.az xəbər verir ki, Rodriqes bu barədə sosial şəbəkələrdə paylaşım edərək “Bəli. Bu və bütün digər həyatlarda” sözlərini yazıb.
Qeyd edək ki, 28 yanvar 2025-ci ildə Ronaldu sosial şəbəkə X-də (əvvəlki Twitter) Corcinanı ad günü münasibətilə təbrik edərək onu həyat yoldaşı kimi təqdim etmişdi.
Xatırladaq ki, Ronaldu ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına köçüb və 2023-cü ilin yanvarından “Əl-Nəsr” klubunun hücumçusudur. Ölkə qanunvericiliyində nikahsız birgə yaşayış qadağan olsa da, futbolçuya istisna edilərək övladlarının anası ilə birgə yaşamasına icazə verilib.
Cütlüyün iki qızı var – 6 yaşlı Alana Martina və 1 yaşlı Bella Esmeralda. Futbolçunun həmçinin 2010-cu ildə doğulan Kriştianu adlı oğlu, eləcə də 2017-ci ildə surroqat ana vasitəsilə dünyaya gəlmiş əkizləri – Eva və Mateo var. Rodriqes daha əvvəl ögey övladlarını da öz uşaqları kimi sevdiyini bildirib.
Ayaz