Fransa çempionatının ikinci turu çərçivəsində PSJ – Anj matçı zamanı ukraynalı futbol azarkeşi stadiondan çıxarılıb.
32gun.az xəbər verir ki, bu barədə Telegram kanalı "Mash na sporte" məlumat yayıb.
Azarkeş tribunada Ukrayna bayrağını açıb şəkil çəkdirmək istədiyi zaman stüardlar ona xəbərdarlıq ediblər. Onlar bildiriblər ki, stadion qaydalarında hər hansı bir baner və ya bayrağın “siyasi mesaj vermək məqsədilə” nümayiş etdirilməsi qadağandır. Azarkeş bu qərara etiraz edib və mübahisə yaratdığı üçün tribunadan çıxarılıb.
Qeyd olunur ki, PSJ-də həm rusiyalı qapıçı Matvey Safonov, həm də ukraynalı müdafiəçi İlya Zabarni oynayır.
Safonov PSJ-də bir mövsüm keçirmiş, 14 oyunda meydana çıxmış və Fransa çempionatı, Kubok, Superkubok və Çempionlar Liqasını qazanıb. Ukraynalı müdafiəçi İlya Zabarni isə əvvəl İngiltərənin Bornmut klubundan PSJ-yə keçməkdən imtina edib, çünki komandada rusiyalı futbolçu mövcud idi. Lakin sonradan o, PSJ ilə müqavilə imzalayıb.
Ayaz