DİGƏR ÖZ XƏBƏR

Supernova partlayışı insanın təkamülünə səbəb oldu

Elm adamı Fransis Tekkerey iddia edir ki, supernova partlayışları təkcə Yer üzərindəki iqlim dəyişiklərinə deyil, həm də insanın təkamülünə təsir göstərmiş ola bilər.

32gun.az xəbər verir ki, bu barədə The Conversation yazıb.

Tədqiqatçı bildirib ki, təxminən 3–2,6 milyon il əvvəl supernova nəticəsində kosmosa atılan dəmir-60 (Fe-60) izotoplarının izləri Yer okeanlarının çöküntülərində aşkarlanıb. Bu dövr güclü soyuma, bəzi avstralopiteklərin məhv olması və ilk Homo nümayəndələrinin meydana çıxması ilə üst-üstə düşür.

Tekkereyin sözlərinə görə, “yaxın” supernovadan gələn kosmik şüalar ozon qatını zədələmiş, buludluluğu artırmış və iqlimi soyutmuş ola bilər. Bunun nəticəsində bitki örtüyü və heyvanların yerləşməsi dəyişib, qədim homininlərin Afrikadakı həyat şəraiti fərqli olub.

Alim həmçinin hesab edir ki, güclü kosmik şüalanma genetik dəyişikliklərə səbəb olaraq növlərin yaranma prosesini sürətləndirib. O, supernovaları təkcə 2,8 milyon il əvvəl Homo cinsinə keçidlə deyil, təxminən 7 milyon il əvvəl – Sahelanthropus dövründə insan və şimpanzenin yollarının ayrılması ilə də əlaqələndirir.

Ayaz 

Oxşar Xəbərlər