İDMAN ÖZ XƏBƏR

İbrahim İbrahimov dünya çempionatında bürünc medal qazana bilmədi

Rusiya sərbəst güləşçisi İbrahim İbrahimov dünya çempionatında bürünc medal uğrunda görüşdə uğursuz çıxış edib.

32gun.az xəbər verir ki, 65 kq çəki dərəcəsində bürünc medal matçında İbrahimov Özbəkistan təmsilçisi Umidjon Calolova məğlub olub. Buna baxmayaraq, Rusiya yığması turnirdə uğurlu çıxışını davam etdirir. Hazırda rusiyalı sərbəst güləşçilər artıq üç fərqli medal — qızıl, gümüş və bürünc — qazanıblar.

Dünya çempionatı 13–21 sentyabr tarixlərində Zaqreb şəhərində keçirilir. Rusiyalı idmançılar Ümumdünya Güləş Birliyi (UWW) bayrağı altında neytral statusda iştirak edirlər və bu, Beynəlxalq Olimpiya Komitəsinin tövsiyələrinə uyğundur.

Qeyd edək ki, 2022-ci ildə Ukraynada müharibənin başlanmasından sonra BOK beynəlxalq federasiyalara rus və belarus idmançılarını yarışlardan kənarlaşdırmağı tövsiyə etmişdi. 2023-cü ilin dekabrında isə təşkilat Rusiya nümayəndələrinin Paris-2024 Olimpiadasına neytral statusda qatılmasına icazə verdi. Nəticədə Fransaya 15 rusiyalı idmançı göndərildi və onlara ölkə simvollarından — bayraq və himndən istifadə etmək qadağan olundu.

Bu ilin martında isə Kiristi Koventri BOK-un prezidenti seçilib. 23 iyunda o, rəsmi olaraq Tomas Baxı əvəz edərək qurumun tarixində ilk qadın rəhbər olub. Koventri son açıqlamasında bildirib ki, rusiyalıların Olimpiya Oyunlarına buraxılması məsələsi 2024-cü ildə tətbiq edilən eyni meyarlarla qiymətləndirilə bilər.

Ayaz

Oxşar Xəbərlər