İDMAN ÖZ XƏBƏR

Tramp Dünya Çempionatının oyunlarını “təhlükəli” şəhərlərdən çıxarmağı nəzərdən keçirir

Tramp təhlükəli hesab etdiyi şəhərlərdən futbol üzrə Dünya Çempionatının oyunlarını köçürməyi planlayır

ABŞ Prezidenti Donald Tramp, təhlükəsiz hesab edilməyən şəhərlərdən futbol üzrə Dünya Çempionatının oyunlarını başqa yerlərə köçürməyi nəzərdən keçirdiyini açıqlayıb.

32gun.az xəbər verir ki, Tramp Sky agentliyinə verdiyi açıqlamada bildirib ki, əgər hansısa stadion və ya şəhər Dünya Çempionatı və ya 2028-ci il Los-Anceles Olimpiadası üçün təhlükəli olarsa, oyunlar bir qədər köçürüləcək. O, ümid etdiyini bildirib ki, bu addıma ehtiyac qalmayacaq.

Futbol üzrə Dünya Çempionatı 11 iyun – 19 iyul 2026-cı il tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.

Qeyd edək ki, 2022-ci ilin fevralında FIFA və UEFA Rusiya millisini və klublarını öz turnirlərindən uzaqlaşdırmışdı. Nəticədə rusiyalı futbolçular 2022-ci il Dünya Çempionatında iştirak edə bilməyib, həmçinin 2024-cü il Avropa Çempionatında və 2026-cı il Dünya Çempionatının püşkatmasında iştirak etməyiblər.

Ayaz 

Oxşar Xəbərlər