İDMAN ÖZ XƏBƏR

Tomas Myüller Almaniyanın ən titullu futbolçusu oldu

"Vankuver Uaytkaps" klubunun yarımmüdafiəçisi Tomas Myüller Almaniyanın ən çox titul qazanmış futbolçusuna çevrilib.

32gun.az xəbər verir ki, bu barədə Bundesliqanın mətbuat xidməti məlumat yayıb.

Ötən gecə yay transfer pəncərəsində "Bavariya"dan Kanadaya köçən Myüllerin komandası Kanada çempionatının finalında "Vankuver"i 4:2 hesabı ilə məğlub edib. Bu qələbə ilə futbolçunun karyerasında qazanılmış kubokların sayı 35-ə çatıb. O, 34 titulun sahibi olan Toni Kroosu geridə qoyub.

Myüller "Bavariya"nın tarixində ən çox oyun keçirən futbolçu olmaqla yanaşı, klubun ən yaxşı bombardirlərindən biridir. O, Bundesliqanın 13 qat qalibi, Almaniya Kubokunun 6 qat qalibi və Çempionlar Liqasının ikiqat (2013, 2020) qalibidir. 2012/2013 mövsümündə Bundesliqanın ən dəyərli oyunçusu seçilmişdi.

Alman futbolçusu 2007-ci ildən Münhen klubunda çıxış edirdi. 2025-ci ildə isə "Bavariya"dan ayrılacağını açıqlamışdı. Geridə qalan mövsümdə Myüller 44 oyunda 6 qol vurub və 6 məhsuldar ötürmə edib.

Ayaz 

Oxşar Xəbərlər