SOSIAL ÖZ XƏBƏR

"Temizlik Cleopatra" şirkətindən narazılıq: Müştəri şikayət etdi

"Temizlik Cleopatra" şirkətindən narazılıq: Müştəri şikayətini paylaşıb

Günay Babayeva adlı şəxs "Temizlik_Cleopatra" şirkətinin xidmətindən narazılığını bildirib.

32gun.az-ın məlumatın görə, o, şirkəti evdə dərin təmizlik üçün dəvət etdiyini, lakin nəticənin gözləntilərinə uyğun olmadığını qeyd edib.

Günay Babayeva bildirib ki, işçilər təmizlik işini düzgün yerinə yetirməyib və guya işi təhvil verib getdiklərini iddia ediblər. Məlumatda vurğulanır ki, işçilər evdən tez-tez çıxaraq işlərini yarımçıq qoyublar, şirkətin “MÜƏLLİM” adlandırdığı məsul şəxsi isə evə gəlməyə belə tənəzzül etməyib.

“Onlardan sonra qaz sobasındakı yağ ləkələrini özüm təmizləməli oldum. İş prosesində özüm baxanda işçilər ‘Nə olub ki, təmizlədim də’ deyərək mənə düzgün məlumat vermirdilər”, – deyə Günay Babayeva əlavə edib.

Şirkətin sosial media səhifələrində yalnız müsbət rəylərin paylaşıldığını, mənfi rəy yazdığı üçün isə bloklandığını qeyd edən Babayeva, həmçinin WhatsApp üzərindən iradını bildirməsinə baxmayaraq cavab ala bilmədiyini bildirib.

Müştəri qeyd edib ki, təcrübəsi əsasında şirkətin xidmətindən istifadə etməyi tövsiyə etmir: “Mən səhv seçim etdim, pulum və vaxtım boşa getdi. Siz etməyin.”

32gun.az olaraq, Temizlik_Cleopatra şirkətindən mövzu ilə bağlı mövqeyini təqdim edə bilərik.

Ayaz 

Oxşar Xəbərlər