SOSIAL ÖZ XƏBƏR

VMF-də reklam edilən endirim müştəriyə tətbiq olunmayıb: Şikayət

Natiq Mamedov adlı vətəndaş VMF-in Instagram və Facebook səhifələrində Tissot Seastar modelinə 30% endirim elan olunduğunu görərək bu səbəbdən Mərkəzi univermaqdakı (MUM) filialına yollanıb.

32gun.az-ın məlumatına görə, lakin filialda ona bildirilib ki, sistemdə heç bir endirim qeyd olunmayıb. Müştəri postla bağlı Instagram səhifəsində şikayətini paylaşdıqda isə həm post, həm də şərh silinib, heç bir cavab verilməyib.

Natiq Mamedov bildirib ki, belə hallarda səhv baş verə bilər, amma insani üzr istəmək və müştəriyə hörmət göstərmək peşəkarlığın vacib hissəsidir. O, VMF-in mesajı oxuyub cavab verməməsini qeyri-peşəkarlığın göstəricisi hesab edir.

Mövzu ilə bağlı VMF-dən açıqlama gözlənilir.

Ayaz 

Oxşar Xəbərlər