SOSIAL ÖZ XƏBƏR

 Dövlət Tibb Sistemində Göndəriş Qarışıqlığı – Pasiyent Özəl Klinikaya Yönləndirildi

Səhər saatlarında Kliniki Tibbi Mərkəzdə həkim-uroloq qəbulunda olmuş Orxan Həsənov dövlət tibb müəssisəsində həyata keçirilə bilməyən analizlər üçün problem yaşadığını bildirib.

32gun.az xəbər verir ki, Həsənovun sözlərinə görə, həkim ona bir sıra testlər üçün göndəriş yazıb, lakin dövlət tibb müəssisələrində reaktivlərin olmadığı bildirilib. Bunun üzərinə pasiyent özəl tibb müəssisəsinin blankında göndəriş alaraq həmin klinikaya yönləndirilib.

Məsələ ilə bağlı 1542 Çağrı Mərkəzi ilə əlaqə saxlayan Həsənov dövlət tibb müəssisələrində bu testlərin mövcud olduğunu, sığorta şöbəsinə yaxınlaşaraq göndəriş ala biləcəyini öyrənib. Lakin sığorta şöbəsinə müraciət etdikdə, həkimin göndəriş yazmalı olduğu bildirilib.

Daha sonra şöbə müdirləri Nərminə xanım və Afaq xanımla əlaqə saxlayan pasiyent, məsələnin həll olunmadığını vurğulayıb.

Orxan Həsənov sual edib: “Nə vaxt bu ölkənin səhiyyə sistemi düzələcək? Bir analiz üçün göndəriş verilməsi bu qədərmi çətindir? Dövlət tibb müəssisəsinin həkimi niyə özəl klinikanın blankında göndəriş verir?”

Həsənov vəziyyəti “ölmüş səhiyyə sistemi” adlandıraraq, “Atalar yaxşı deyib: Qoz beli qəbir düzəldər. Belə baxıram, bizim ölmüş səhiyyə sistemini heç qəbir də düzəldən deyil” sözləri ilə yekunlaşdırıb.

Ayaz 

Oxşar Xəbərlər