SOSIAL ÖZ XƏBƏR

Bakıda vətəndaş Starex kargodan narazıdır: “Ünvan bağlanıb, karqomu ala bilmirəm”

Bakının Bayıl qəsəbəsində yaşayan vətəndaş Vüsal Starex kargo şirkətinin fəaliyyəti ilə bağlı narazılığını bildirib.

32gun.az xəbər verir ki, O, Temu platformasından sifariş etdiyi bağlamanı bu günə qədər əldə edə bilmədiyini deyib.

Vətəndaşın sözlərinə görə, sifarişi Bayıl filialına yönləndirilib, lakin ora getdiyi zaman ona həmin obyektin icarəyə verildiyi və artıq Starexə aid olmadığı bildirilib:

“Ayın 3-dən karqomu ala bilmirəm. Heç bir məlumat verilməyib, göndərdikləri ünvanda Starexə aid obyekt yoxdur. Şirkət nümayəndələri isə məsələni laqeyd şəkildə qarşılayırlar.”

Şikayətçi həmçinin qeyd edib ki, Starex əməkdaşları vətəndaşın probleminə maraq göstərmir, bu da müştərilərin narazılığına səbəb olur.

Ayaz 

Oxşar Xəbərlər