SOSIAL ÖZ XƏBƏR

Bakıda sakinlər KATV1-in internet xidmətindən narazıdır: “Hər gün internet kəsilir, amma..."

Bakıda sakinlər KATV1-in internet xidmətindən narazıdır: “Hər gün internet kəsilir, amma heç kim cavabdeh deyil”

Sosial şəbəkələrdə KATV1 internet provayderi ilə bağlı narazılıq paylaşımı geniş müzakirə olunur.

32gun.az bildirir ki, Paylaşımda qeyd olunur ki, şirkətin xidməti praktiki olaraq hər gün 4-5 dəfə kəsilir və bu fasilələr 30-50 dəqiqə davam edir.

Şikayətdə deyilir:

“Artıq bezmişik! Pulunu 2 dəqiqə gec ödəsək, dərhal interneti bağlayırsınız, amma fasilələrdə sizdən səs çıxmır. İnsanlar evdən işləyir, vaxtında çatdırmalı olduğu işlər var. Sizə görə biz niyə əziyyət çəkməliyik?”

Vətəndaş həmçinin KATV1-in texniki dəstəyinin zəifliyindən və əlaqə nömrələrinin işləməməsindən şikayətlənib. O əlavə edib ki, əgər “Kristal Abşeron” şirkəti KATV1-lə elə bir razılaşma bağlayıbsa ki, binaya başqa provayderlər gələ bilmir, bu artıq açıq monopoliyadır:

“Ya KATV1 bu problemi aradan qaldırsın, ya da Kristal sakinlərə öz istədiyi internet şirkətini seçmək imkanı versin! Camaat sizin keyfiyyətsiz xidmətinizə görə hər gün əziyyət çəkmək məcburiyyətində deyil.”

Nilay 

Oxşar Xəbərlər