SOSIAL
Kənd Təsərrüfatı Nazirliyi yanında Agentliyin tenderi ləğv edildi – səbəb açıqlanıb
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən peyvənd, baytarlıq preparatları və ləvazimatlarının satın alınması məqsədilə elan edilmiş tender ləğv olunub.
32gun.az xəbər verir ki, ləğv qərarına səbəb kimi təklif vermiş və tələb olunan sənədlərə (o cümlədən lisenziyaya və ya icazəyə) malik olan təchizatçıların sayının üçdən az olması göstərilib. Qanunvericiliyə əsasən, bu hal satınalmanın keçirilməsi üçün əsas meyarlardan biri hesab olunur və 36.1.1-ci maddə üzrə tenderin dayandırılması zərurəti yaranıb.
Qeyd edək ki, satınalmanın ehtimal olunan məbləği 271.177,57 AZN təşkil edirdi.
Hazırda yeni satınalma prosedurunun elan olunub-olunmayacağı ilə bağlı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinə Məcnun Məmmədov, Aqrar Xidmətlər Agentliyinə isə Sərdar Hacıyev rəhbərlik edir.
Ayaz