SOSIAL ÖZ XƏBƏR

Azərbaycanın məşhur kişi geyimləri brendi "Scallezioni"yə sanksiyası tətbiq edildi

Operativ vergi nəzarəti tədbirləri çərçivəsində “Scallezioni” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində yoxlama aparılıb.

32gun.az xəbər verir ki, nəticədə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkarlanıb.

Bu səbəbdən şirkətə 3000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.

Bildirək ki, “Scallezioni” MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Seymur Səfərov Nadir oğludur. Şirkət Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 6, mənzil 9 ünvanında qeydiyyatdan keçib.

Qeyd edək ki, “Scallezioni” 10 ildən artıqdır ki, Avropa və Asiya bazarlarında fəaliyyət göstərən, əsasən kişi geyimləri, ayaqqabıları və aksesuarları istehsal edən tanınmış bir brenddir. Brendin məhsulları həm klassik, həm də gündəlik üslubda təqdim olunur.
Ayaz 

Oxşar Xəbərlər